Ramiz Mehdiyevin ev həbsi haqda - Qərar verildi
- 10.02.2026, 17:00,
- Kriminal
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Səbail Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Qərara əsasən, Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. DTX-də aparılan araşdırma nəticəsində AXCP sədri
Əli Kərimli, onun müavini
Məmməd İbrahim və Ramiz Mehdiyevin yaxın adamı olmuş
Eldar Əmirov da həbs edilib. Dünən onların da həbs müddəti 4 ay
artırılıb.