Kimliyi axtarılan kişinin ailəsi tapıldı - Foto
- 05.06.2020, 09:50,
- Kriminal
Baxılıb: 31
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən Gəncə şəhərində itkin düşmüş 70 yaşlı kişinin ailəsi tapılıb."Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, Samux RPŞ əməkdaşları tərəfindən onun ailə üzvləri və kişinin şəxsiyyəti müəyyən olunub. Məlum olub ki, 1950-ci il təvəllüdlü Vidadi Haxverdiyev əslən Samux rayon sakinidir, lakin son illərdə Gəncədə yaşayan oğlu ilə birgə qalırmış. Onun yaddaş problemi var və dünən Gəncədə yaşadığı evdən çıxaraq anlaqsız halda Samux rayonuna gəlib. V.Haxverdiyev ailəsinə təhvil verilib.
Xatırladaq ki, iyunun 4-də Samux rayonu ərazisində özünü təqdim edə bilməyən yaşlı bir kişi tapılıb. O, hardan gəldiyi və kim olduğu haqda məlumat verə bilməyib.