Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü - Video

  • 28.01.2026, 18:00,
  • Kriminal
  • Baxılıb: 11
Oğurluq edib kameranı sındıranlar digər kameraya düşdü - Video

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.

“Qanunyolutv.az” xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.

Araşdırmalar davam etdirilir.


Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter