Ağadadaş Ağayevin olduğu davanın görüntüləri

  • 12.01.2026, 10:00,
  • Kriminal
  • Baxılıb: 9
Ağadadaş Ağayevin olduğu davanın görüntüləri

Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan Xalq artisti Ağadadaş Ağayev şərti cəzadan azad ediləcək.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, müğənniyə amnistiya aktı tətbiq olunacaq.

Ədliyyə Nazirliyinin Probasiya Xidməti məsələ ilə bağlı artıq məhkəməyə müraciət edib.

Ağadadaş Ağayevin müdafiəçisi, tanınmış vəkil Asim Abbasov məlumatı təsdiqləyib. Vəkil deyib ki, Probasiya Xidmətinin müvəkkilinə amnistiya aktının tətbiqi ilə bağlı müraciətinə bu gün baxılacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə Xalq artistini döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ağadadaş Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, Nurəddin Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.
****

Məhkəmə müraciəti təmin edib. Ağadadaş Ağayev cəzasının çəkilməmiş hissəsindən tam azad edilib.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter