Geri götürdüyü ərizəni yenə verdi, cavab “yox” oldu
- 27.09.2025, 09:00,
- Kriminal
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, o, vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib.
Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib.Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib.
Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə
müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Zaur Mirzəyev ərizəsini geri götürmüşdü.
Qeyd edək ki, Zaur Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. O, xidməti otağındakı intim videolar qalmaqlından sonra
həbs edilib.