Tiktoker fahişəliyə cəlb etməkdə təqsirli bilindi - Hökm
- 25.09.2025, 12:30,
- Kriminal
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Tiktoker Mahirə Marandskayanın fahişəliyə cəlbetmə ittihamı ilə mühakimə edildiyi məhkəmə işi yekunlaşıb.“Qanunyolutv.az”-ın məlumatına görə, onun işinə Abşeron Rayon Məhkəməsində baxılıb.
İş üzrə bir neçə qadın zərərçəkmiş qismində tanınıb. Onların sırasında tələbə qızların da olduğu iddia olunur. İttihama görə, tiktoker həmcinslərini pul qarşılığında müxtəlif şəxslərlə intim münasibətə cəlb edib.
Mahirə istintaq müddətində həbsdə olmayıb. Azyaşlı övladı olması nəzərə alınaraq onun barəsində alternativ qətimkan tədbiri seçilmişdi. Sonda da bu vəziyyət nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Mahirə Marandskaya gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etməkdə təqsirli bilinərək 2 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Amma övladı 14 yaşına çatana qədər cəzanın çəkilməsi təxirə salınıb.Qeyd edək ki, tiktoker Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilmişdi.