Tovuz sakini döyülərək öldürülüb - Saxlanılan var
- 22.09.2025, 10:00,
- Kriminal / Hadisə
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuzda qətl hadisəsi törədilib.“Qanunyolutv.az” rayon prokurorluğuna istinadən xəbər verir ki, sentyabrın 18-də rayon sakini Elxan Məmmədovun üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə prokurorluğa məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri nəticəsində Yaşar Qasımovun sentyabrın 16-da aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elxan Məmmədovu qəsdən öldürməsi və sonuncunun meyitini çayın sahilinə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Yaşar Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
****
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, sentyabrın 18-də Tovuz rayonunun Əyyublu kəndində
1961-ci il təvəllüdlü Elxan Kərim oğlu Məmmədovun meyiti tapılıb.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun kənd sakini, əvvəllər məhkum olunmuş,
1975-ci il təvəllüdlü Yaşar Musa oğlu Qasımov tərəfindən döyülərək qəsdən öldürüldüyü müəyyən edilib.
Şübhəli şəxs Yaşar Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
