Bakıda 35 yaşlı kişinin özünü yandırmasına görə cinayət işi açıldı - Rəsmi
- 02.06.2020, 19:00,
- Kriminal
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Baş Prokurorluq Bakıda 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyevin özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intihara cəhdin səbəbləri istintaq yolu ilə araşdırılır.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Hüseyn Nuriyev üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqdakı şəxslər tərəfindən alov ram edilib və yaralı Yanıq Mərkəzinə yerləşdirilib.