“Quska”nın daha 10 il həbsi tələb edildi
- 05.12.2024, 10:30,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
“Quska” ləqəbli keçmiş deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror bəyan edib ki, sabiq deputata verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.
Bu əsasla Hüseyn Abdullayev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmada təqsirli bilinməli, cəzasını ümumi rejimdə çəkməsi şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edilməlidir.
“Quska” özü ittihamçının çıxışını istintaq təcridxanasından video-kamera ilə dinləyib. Məhkəməyə sədrlik edən hakim Azər Tağıyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.