Siyavuş Hacıyev AMEA-nın həyətindəki stadionda ölübmüş - Yenilənib
- 14.11.2024, 10:00,
- Kriminal / Hadisə
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin dünən futbol oynayarkən vəfat etməsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.“Qanunyolutv.az”-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində - Azərbaycan Milli Elmlər Akademiyasının həyətində yerləşən stadionda baş verib.
“Azfar Group” MMC tərəfindən idarə edilən stadionda dünən saat 18 radələrində keçirilən futbol oyunu zamanı Siyavuş Hacıyevin səhhəti qəfil pisləşib və o, hadisə yerində ölüb.
Qeyd edək ki, 63 yaşlı Siyavuş Hacıyev əvvəllər xüsusi xidmət orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
****
Modern.az-ım məlumatına görə, Siyavuş Hacıyev ailədə 3 övlad - 2 qardaş, bir bacı olublar. Onun əvvəllər hüquq-mühafizə orqanlarından işləyən qardaşı Bəhruz Hacıyev də gənc yaşlarında dünyasını dəyişib.