Yanan villa tanınmış həkimə məxsus imiş - Foto
- 19.08.2024, 10:00,
- Kriminal / Hadisə / Səhiyyə
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.
“Qanunyolutv.az”-ın Qaynarinfo-ya istinadən məlumatına görə, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.
O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya).
Vaqif Qurbanov açıqlamasında sözügedən evi 35 ilə tikdiyini deyib: “35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı”.
Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.