Bakıda avtomobillərin nömrələrini oğurlayan şəxs saxlanıldı
- 08.07.2024, 20:00,
- Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxt ərazisində avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edən daha bir şəxs polis əməkdaşları tərəfindən saxlanılıb."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cari ildə polis əməkdaşları tərəfindən vətəndaşlar tərəfindən daxil olan müraciətlər üzrə aparılan araşdırmalarla 11-dən artıq fakt üzrə tədbirlər görülüb.
Həmin əməlləri törətməkdə şübhəli bilinən şəxslərdən daha bir nəfər - əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, 2002-ci il təvəllüdlü Hüseynov Qəhrəman Ceyhun oğlu məsuliyyətə cəlb edilib.
O, 3 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayaraq sahiblərindən pul tələb edib.
Onun analoji əməllərdə iştirakı istisna edilmir, əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.