Aytən Kərimovaya 7 il həbs istənildi

  • 15.04.2024, 11:30,
  • Kriminal
  • Baxılıb: 4
Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Dövlət ittihamçısı Aytən Kərimovanın külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirli bilinməsini, məhkəmə zalındaca 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Aytən Kərimovanın vəkilinə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.

Əvvəlki prosesdə prokuror xanım müttəhimə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə verilmiş ittihamdan imtina etmişdi.

Qeyd edək ki, Aytən Kərimova 2019-cu ildən 2023-cü ilə kimi sözügedən teatrın mühasibi işləyib. Cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Kərimova işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Onun fəaliyyəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxsin qanunsuz əməli nəticəsində dövlətə 327 min manat ziyan dəyib. Həmin ziyanın 27 min manatı ödənilib.

İstintaqla Aytən Kərimovaya mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter