Ceyhun Cəfərovla birgə tutulan məmurun da cəzaçəkmə yeri dəyişdi
- 06.03.2024, 11:30,
- Kriminal
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovla birgə həbs edilmiş şöbə müdiri Natiq Kərimovun cəzaçəkmə yeri dəyişdirilib.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Hakim məhkumun cəzasının 2/3 hissəsini çəkməsini və barəsində müsbət rəyi nəzərə alaraq qalan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verib.Bundan əvvəl isə eyni əsaslarla eks-icra başçısı Ceyhun Cəfərov da məntəqə tipli cəzaçəkmə müəssisəsinə
köçürülmüşdü.
Qeyd edək ki, korrupsiya cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilən Ceyhun Cəfərov yekun məhkəmə qərarı ilə 6 il, Natiq Kərimov isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi cəzalarını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkirdi.