Bakıdakı kütləvi davaya görə ağır cəzalar verildi - İki nəfər ölmüşdü

  • 17.02.2024, 22:30,
  • Kriminal
  • Baxılıb: 1
Bakıdakı kütləvi davaya görə ağır cəzalar verildi - İki nəfər ölmüşdü

Keşlə qəsəbəsində kütləvi dava zamanı biri polis olmaqla, iki nəfəri öldürməkdə ittiham edilən Ceyhun və Ramin İsayev qardaşlarının və Rauf Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, kütləvi dava ötən ilin fevralında Nizami rayonunun, Keşlə qəsəbəsində qeydə alınıb. Dava zamanı iki nəfər öldürülüb. Əvvəllər məhkum olunan 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində keçmişməhkum, 1988-ci il təvəllüdlü Xəyal Rəhimov və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib. İlkin hadisə yerində, Xəyal isə xəstəxanada ölüb.

Ceyhun İsayevlə Rauf Hüseynova qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddələri, Ramin İsayevə isə eyni məcəlləsinin 221.3-cü ( Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter