9 illik məhkum edilən hakim narazıdır - Şikayəti özü yazdı
- 26.01.2024, 09:30,
- Kriminal
Baxılıb: 1
Facebook
Вконтакте
Одноклассники
Google+
Rüşvət müqabilində qanunsuz qərardad çıxarmaqda təqsirli bilinərək məhkum edilmiş sabiq məhkəmə hakimi İlyas Mahmudov hökmdən narazı qalıb“Qanunyolutv.az”-ın məlumatına görə, keçmiş hakim bəraət tələbi ilə apellyasiya şikayəti verib.
Müttəhimin özünün istintaq təcridxanasında yazdığı şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.Qeyd edək ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləmiş İlyas Mahmudov 2022-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlyas Mahmudov verilmiş ittihamla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.