Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
- 28.12.2023, 15:50,
- Kriminal
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, “Tərtər işi”nə görə ittiham olunan general Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən eyni iclasda digər ittiham olunan zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədova da hökm oxunub.
Hökmə əsasən Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay, İintiqam Məmmədov və Rahib Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.Təqsirləndirilən şəxslər son sözlərində özlərini təqsirli bilmədiklərini deyərək, bəraət istəmişdilər.
Qeyd edək ki, Ziya Kazımov həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində iştirak edib. O, həbsinə qədər xidmətdə idi.