Vüqar Səfərli ilə birgə tutulan şirkət rəhbəri haqda yekun qərar

  • 15.12.2023, 15:00,
  • Kriminal
  • Baxılıb: 5
Vüqar Səfərli ilə birgə tutulan şirkət rəhbəri haqda yekun qərar

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədovun kassasiya şikayətinə baxılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda qərar açıqlanıb.

Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya məhkəməsinin qərarında qanun pozuntusu aşkar edilməməsi əsası ilə şikayəti rədd edib.

Qeyd edək ki, 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olmuş Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ildə həbs ediliblər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli biliniblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter