İçində qızıl əşyalar olan seyfi oğurlayanlar tutuıdu

  • 13.12.2023, 11:30,
  • Kriminal
  • Baxılıb: 2
İçində qızıl əşyalar olan seyfi oğurlayanlar tutuıdu

Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

“Qanunyolutv.az” xəbər verir ki, Goranboy RPŞ-nin keçirdiyi tədbirlərlə oktyabr ayında quldurluğa görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb.

Araşdırmalar zamanı məlum oub ki, Ümid Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb. Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter