Bakıda kişi gözəllik salonunda keçmiş arvadını öldürdü - Yenilənib

Bakıda kişi gözəllik salonunda keçmiş arvadını öldürdü - Yenilənib

Bu gün saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Tanrıverdiyeva Pərvanə Mirkazım qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Tanrıverdiyev Zamin Teyyub oğlu könüllü polisə gələrək təslim olub.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.
****

Cinayət hadisəsi ilə bağlı Xətai rayon prokurorluğu da məlumat yayıb.

"Qanunyolutv.az" xəbər verir ki, qurumdan bildirilib ki, araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter