Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib - Fotolar

Hacıqabuldakı yanğında 5 nəfər öldü - Yenilənib - Fotolar

Hacıqabulda ikimərtəbəli yataqxanada yanğın olub.

"Qanunyolutv.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonunun Navahı qəsəbəsində baş verib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.
****

Yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
****

Yanğın nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Qanunyolutv.az”, “Report”a istinadən xəbər verir ki, yataqxanada məskunlaşmış Zəngilan sakinləri, ikisi azyaşlı olmaqla 5 nəfər - 42 yaşlı Aybəniz Abışova, 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.

Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter