Bələdiyyə sədrinin qardaşı adam güllələdi
- 02.05.2020, 01:49,
- Kriminal
Baxılıb: 35
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkir rayonunda qətl hadisəsi baş verib. "Qanunyolu.info.az", "Qafqazinfo"nun verdiyi xəbərə istinadən, rayon sakini, 1977-ci il təvəllüdlü Etibar Süleymanov həmyerlisi, 1992-ci il təvəllüdlü Hüseynov Elnur Salman oğlunu öldürüb. E. Süleymanov kustar üsulla hazırlanmış silahdan E. Hüseynovun başına bir dəfə atəş açıb və E. Hüseynov hadisə yerində vəfat edib.
Qətli törətməkdə şübhəli bilinən E. Süleymanov Şəmkir rayon Yenikənd bələdiyyəsinin xanım sədrinin qardaşıdır. E. Süleymanov və qətlə yetirilən E. Hüseynov bacanaqdırlar.