Zaur Mirzəyevlə bağlı hökm dəyişmədi - Qadınlardan birinə 4 min ödəyəcək

  • 06.09.2023, 09:00,
  • Kriminal
  • Baxılıb: 9
Zaur Mirzəyevlə bağlı hökm dəyişmədi - Qadınlardan birinə 4 min ödəyəcək

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevlə bağlı hökmdən verilmiş şikayətlərə baxılıb.

“Qanunyolutv.az”-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində yenidən baxılan iş üzrə təqsirləndirilən və zərərçəkmiş tərəfin şikayətləri dinlənilib.

Zaur Mirzəyev əməlində cinayət tərkibi olmadığını əsas gətirərək hökmün ləğv edilməsini xahiş edib.

Onunla eyni videoda yer alan, zərərçəkmiş kimi tanınmış qadınlardan biri isə əksinə cəzanın ağırlaşdırılmasını, həmçinin dəymiş mənəvi ziyana görə ona 192 min manat təzminat ödənilməsini istəyib.

Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti şikayətlərin heç birini əsaslı hesab etməyib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan 192 minlik mülki iddianın 4 min manatı təmin edilib. Həmin məbləğ təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmişə ödənilməlidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter