Abşeronda kişi arvadının boğazını kəsərək öldürdü
- 01.05.2020, 00:28,
- Kriminal
Baxılıb: 17
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonunda kişi arvadının boğazını kəsərək öldürüb.
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən açıqlamasında bildirib ki, hadisə aprelin 29-da saat 21 radələrində qeydə alınıb. 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirib qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.