Ərinin öldürdüyü Leyla 7 aylıq hamilə olub

  • 01.05.2020, 00:15,
  • Kriminal
  • Baxılıb: 22
Ərinin öldürdüyü Leyla 7 aylıq hamilə olub












Abşeron rayonunda boğazı kəsilərək qətlə yetirilən qadın hamilə olub.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, əri tərəfindən öldürülən Leyla Bəkirova hamiləliyin 7-ci ayında olub. İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib.

Hadisə vaxtı cütlüyün azyaşlı övladı da onların yanında olub və o, qətlə şahidlik edib.

Xatırladaq ki, aprelin 29-da saat 21 radələrində 29 yaşlı Anar Bəkirov Qobu qəsəbəsində yaşadıqları evdə 27 yaşlı həyat yoldaşı Leyla Bəkirovanı bıçaqlayıb, sonra isə boğazını kəsərək öldürüb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter