Sabirabadda adam oğurluğuna görə 3 nəfər tutuldu
- 14.07.2023, 09:00,
- Kriminal
Baxılıb: 6
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad polisi cinayətkarlığa qarşı kompleks tədbirlər həyata keçirib.“Qanunyolutv.az” xəbər verir ki, Sabirabad RPŞ-nin son bir ayda keçdiyi əməliyyatlarla narkotik vasitələrin dövriyyəsi, oğurluq, hədə-qorxu ilə pul tələb etmə və adam oğurluğu cinayətləri edən 44 nəfər saxlanılıb. Həmin şəxslərdən 36-ı narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən ümumilikdə 20 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və marixuana, eləcə yaş çəkisi 100 kiloqram olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 318 ədəd çətənə bitkiləri çıxarılıb.
Həmçinin, qeyd edilən dövr ərzində Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı evlərdən, apteklərdən və mağazalardan oğurluqlar edən 3, rayon sakini olan bir nəfərə hədə-qorxu gələrək pul tələb edən 2 və adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
