Arvadını boşanmaq istədiyi üçün qəddarcasına öldürüb - Foto
- 14.04.2023, 10:00,
- Kriminal
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən saat 12:40 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsində gözəllik salonunda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Aygün Yusifovanı kəsici-deşici alətlə qətlə yetirən həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov həm də onun xalası oğlu olub.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 azyaşlı övladı olan ailədə bir müddət imiş problemlər yaşanırmış. Ailədaxili münasibətlərin kəskinləşməsi səbəbindən bir neçə gün əvvəl Aygün Yusifova məhkəməyə boşanmaqla bağlı ərizə təqdim edibmiş. Məhkəmə ərizəni qəbul etsə də, iclas hələ keçirilməyibmiş.
Həyat yoldaşının addımından sonra İsrafil Yusifovun gözəllik salonuna gələrək ondan boşanmaq istəyən arvadını qətlə yetirməsi ehtimal edilir. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub.
Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam etdirilir.
****
Cənublu.az-ın məlumatına görə, İsrafil Yusifov Lənkəranda yerləşən “Bazarstore” supermarketinin müdiri kimi çalışıb. Onun bir müddətdir həyat yoldaşından ayrı yaşadığı bildirilib.
