Xəzər RPİ əməliyyat keçirdi, 10 nəfər tutuldu - Video

  • 16.02.2023, 14:00,
  • Kriminal
  • Baxılıb: 1
Xəzər RPİ əməliyyat keçirdi, 10 nəfər tutuldu - Video

Xəzər RPİ tərəfindən həyata keçirilən əməliyyatla Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb.

“Qanunyolutv.az” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun üzərinə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib.

Xəzər RPİ, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlarla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, əməliyyatlar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter