Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçıb?

Səbinə Kətanova “Prado” ilə piyadanı vurub qaçıb?

Bloqer Səbinə Kətanova avtomobillə piyadanı vurmaqda ittiham edilir.

“Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, onun bir müddət öncə qəza törədərək hadisə yerindən qaçdığı bildirilir.

Belə ki, Səbinə Kətanova özünə məxsus “Toyota Prado” markalı avtomobillə yolu keçmək istəyən piyada Faiq Quliyevi (şərti) vurub. Hadisə Nərimanov rayonu ərazisində baş verib. Bloqer hadisəni törətdikdən sonra ərazidən uzaqlaşıb.

Bundan sonra müvafiq kamera görüntüləri araşdırılıb və Səbinə Kətanova barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda işə Nərimanov Rayon Məhkəməsində baxılır. Faiq Quliyev iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.

Xatırladaq ki, bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi. Vəkilə 8 il həbs cəzası verilmişdi.

Qeyd edək ki, Səbinə Kətanova instaqramda bloqer kimi tanınır. Onun 305 mindən çox izləyicisi var.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter