Rəşad Dağlı hadisə yerinə aparıldı - Video - Yenilənib
- 10.11.2022, 12:00,
- Kriminal
Baxılıb: 33
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğuna gətirilib.“Qanunyolutv.az” xəbər verir ki, o ötən gün törətdiyi qətllə bağlı istintaq orqanına aparılıb. Gün ərzində onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Qaradağ Rayon Məhkəməsinə təqdimat göndəriləcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 9-da səhər saatlarında Rəşad Dağlı Lökbatan qəsəbəsində qonşusu İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürüb.
****
Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğundakı sənədləşmə işləri tamamlandıqdan sonra istintaq hərəkətləri ilə bağlı hadisə yerinə aparılıb.