Ölmüş heyvan əti satışa çıxarılıb - Foto

  • 23.05.2022, 18:30,
  • Kriminal
  • Baxılıb: 28
Ölmüş heyvan əti satışa çıxarılıb - Foto

Gəncə şəhərində mənşəyi məlum olmayan ət aşkar edilib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, agentlik müfəttişləri tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları birgə şəhərin Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Kamran Sədir oğluna məxsus ət məhsullarının satışı məntəqəsinə keçirilmiş baxış zamanı (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, ümumi çəkisi 152 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.

Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq labaratoriyalarına təqdim edilib.

Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub.
Ölmüş heyvan əti satışa çıxarılıb - Foto

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter