Polis əməliyyat keçirdi - 8 nəfər saxlanıldı
- 06.05.2022, 18:00,
- Kriminal
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəranda narkotik vasitələrin satışını həyata keçirən 8 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 10 kiloqramdan artıq narkotik çıxarılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əvvəllər məhkum olunmuş Azər Talıbov Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb. Onun idarə etdiyi avtomobildəki gizli saxlanc yerinə qoymaq istədiyi torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.
Digər əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər Lənkəran sakini B.Kərimov, N.Məmmədov, K.Paşazadə, A.Əzizov, F.Fətullayev, R.Lütfiyev, İ.Yüzbaşılı saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış müxtəlif növ narkotik vasitələr və elektron tərəzilər aşkarlanaraq götürülüb.