Saxta iş elanları verib 200 nəfəri aldatdı - Video

  • 04.05.2022, 10:00,
  • Kriminal
  • Baxılıb: 31
Saxta iş elanları verib 200 nəfəri aldatdı - Video

Dövlət qurumları adından elan saytlarına saxta vakansiyalar yerləşdirən şəxs saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxs onlayn yolla müxtəlif elan saytlarında iş axtaran vətəndaşlara qarşı dələduzluq edib. O, mövcud olmayan vakansiyalar təklif edərək bunun müqabilində zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirib.

Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat nəticəsində şübhəli Sərastan Bəşirov tutulub. Müəyyən edilib ki, o, saytlarda dövlət qurumlarının adından müxtəlif vakansiyalar üzrə namizədlərin qəbulu barədə saxta elanlar yerləşdirib. Sərastan Bəşirov işlə bağlı onunla əlaqə saxayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla o, 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.
Saxta iş elanları verib 200 nəfəri aldatdı - Video

Qeyd edək ki, Sərəstan Bəşirov elan saytlarında yerləşdirdiyi mətnlərdə özünü Emin Hüseynov kimi təqdim edib. Sərastan Bəşirov tutularaq məsuliyyətə cəlb edilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter