Vətəndaşları aldadan tikinti şirkətinin rəhbərləri həbs edildi

  • 12.04.2022, 14:30,
  • Kriminal
  • Baxılıb: 40
Vətəndaşları aldadan tikinti şirkətinin rəhbərləri həbs edildi

Mənzil satışı adı altında vətəndaşların pullarını ələ keçirən vəzifəli şəxslər həbs edilib.

"Qanunyolu.info.az" xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, "Sahil-S İnşaat" Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə daxil olmuş çoxsaylı müraciətlər əsasında araşdırma aparılaraq cinayət işi başlanılıb.

İstintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri işləmiş Taley Alaverdiyevin “GG Company” MMC-nin direktoru Pənah Kərimovla əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən Yeni Günəşli qəsəbəsində inşa olunmuş yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara saxta müqavilə və arayışlar tərtib edib külli miqdarda pulu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında cinayət işi başlanıb. T.Alaverdiyev və P.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi” və “161-Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter