Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu saxlanıldı

  • 15.03.2022, 10:00,
  • Kriminal
  • Baxılıb: 36
Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu saxlanıldı

Dünən axşam saatlarında Bakıda dünya çempionu Zaur Yusifovu güllələyərək öldürməkdə şübhəli bilinən şəxs tutulub.

"Qanunyolu.info.az"-ın məlumatına görə, hadisədən dərhal sonra polis əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə ittiham edilən 22 yaşlı Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Samir Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiq ediblər.

Xatırladaq ki, paytaxtın Nəsimi rayonu 6-cı mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter