Hədə-qorxu ilə pul tələb edən sayt rəhbərinə hökm oxundu

  • 02.03.2022, 17:30,
  • Kriminal
  • Baxılıb: 39
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbərinə hökm oxundu

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Asəf Novruzov və həmin saytın əməkdaşı Məhsud Səfərovun məhkəməsi yekunlaşıb.

"Qanunyolu.info.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan hədə-qorxu ilə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter