İnstaqramda tanış olduğu ustanı narkokuryerə çevirdi - Video

  • 28.02.2022, 17:00,
  • Kriminal
  • Baxılıb: 42
İnstaqramda tanış olduğu ustanı narkokuryerə çevirdi - Video

Ölkə xaricində yaşayan narkotacir sosial şəbəkədə tanış olduğu ustanı narkokuryerliyə cəlb edib.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini Əfrail Seyfullayevi saxlayıb. Onun üzərinə baxış zamanı 2 kiloqram yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.

Araşdırma zamanı bu şəxsin ev təmiri ilə məşğul olduğu və instaqramda öz işlərini reklam etmək məqsədi ilə özünəməxsus səhifə açdığı müəyyən edilib. Daha sonra Əfrail Seyfullayev sosial şəbəkədə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirin şirnikləndirici vədlərinə aldanaraq onun narkokuryerlik təklifi ilə razılaşıb. Bu məqsədlə o, narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil edib. Əfrail Seyfullayev ifadəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb. Əfrail Seyfullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter