16 evdən oğurluq edən şəxs saxlanıldı
- 25.01.2022, 14:30,
- Kriminal
Baxılıb: 37
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu Saray qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqilləri oğurlanıb.
Saray qəsəbəsində yaşayan daha 10-a yaxın sakin eyni məzmunlu şikayətlərlə müraciət edib.
Hadisələri törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Quliyev saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Nicat Quliyev evlərdən oğurladığı əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirib. Onun Saray qəsəbəsində 16 evdən oğurluq etdiyi müəyyən edilib.