Binəqədidə narkotik satan 11 nəfər tutuldu - Video
- 24.01.2022, 14:30,
- Kriminal
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 11 nəfər saxlanılıb."Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, onlardan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Əməliyyat zamanı paytaxt sakinləri Anar Göyüşov, Zeytun Məmmədov, Anar Nəcəfov, Elmir Abbasov, Nicat Əhmədov, Aftandil Abazov, Ramal Paşayev, Azər Yadullayev, Əfqan Nəzərov, Orxan İsmayılov və Nasir Vələdov tutulublar.
Adları sadalanan şəxslər Binəqədi və paytaxtın digər ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.