İnstaqramda DİN-ə mesaj yazdı, pulu qaytarıldı
- 28.12.2019, 17:01,
- Kriminal
Baxılıb: 57
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi quruma instaqram üzərindən müraciət edən şəxsin şikayətinə baxıb.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qanunyolu.info.az",“Qafqazinfo”ya verilən məlumata istinadən, dekabrın 26-da Şəmkir rayon Zəyəm-Cırdaxan kənd sakini, 1962-ci il təvəllüdlü Sədrəddin İsmayılov DİN-in rəsmi instaqram səhifəsinə müraciət edərək həmkəndlisi tərəfindən 780 manat pulunun mənimsənildiyini bildirib.
Müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar aparılıb. Məlum olub ki, S.İsmayılov cari ildə həmkəndlisi Qafqaz Bayramova 780 manat ödəniş edərək mebel sifarişi verib. Lakin Q. Bayramov sifarişi yerinə yetirməyib, eyni zamanda müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınıb. RPŞ-də aparılan təhqiqat nəticəsində Q. Bayramov vətəndaşa dəymiş ziyanı ödəyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.