Ana və qızının öldürüldüyü evin sahibi məmurdur
- 15.12.2019, 16:16,
- Kriminal
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Sabunçu rayonu ərazisində baş verən dəhşətli qətlin təfərrüatları məlum olub. "Qanunyolu.info.az" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, qətl Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı "Uğur-2" yaşayış kompleksindəki mənzildə törədilib.
Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb.
İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.
Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
Qətl törədilən mənzil məmura - Sosial-müdafiə fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur.
Qeyd edək ki, Baş Prokurorluq da hadisəylə bağlı məlumat yayıb. Bildirilir ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
