İctimai asayişi pozan sürücü həbs edildi

  • 19.12.2021, 09:30,
  • Kriminal
  • Baxılıb: 49
İctimai asayişi pozan sürücü həbs edildi

Dekabrın 18-də Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman 90-VE-205 dövlət qeydiyyat nişanlı, “Niva” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud surətdə pozduğuna və avtomobilinə konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu zaman sürücü-Ağstafa rayon sakini, Zülfüqar Vəliyev polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq, onlarla sözlü münaqişə yaradıb və ictimai asayişi kobud surətdə pozub.

Bununla bağlı olaraq Zülfüqar Vəliyev saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Zülfüqar Vəliyev 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter