Əmisinin bıçaqladığı şəxs polis əməkdaşı olub - Yenilənib
- 25.08.2021, 13:00,
- Kriminal
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz rayon prokurorluğundan "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Rövşən Əsgərbəylinin həmin gün saat 20 radələrində yaşadığı rayonun Qaraqurtlu kəndindəki evində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Əliağa Əsgərbəyliyə bıçaqla çoxsaylı xəsarətlər yetirməsinə, sonra da tüfənglə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
*****
Bıçaqlanan Əsgərbəyli Əliağa Aydın oğlunun Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olması barədə məlumatlar yayılıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovla əlaqə saxlayıb. X. Talıbov bildirib ki, Ə. Əliağa polis rəisi işləməyib: “O, Xaçmaz rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşı idi. Bu ilin avqustun 19-da təqaüdə çıxıb”.
