İstixanasında 14 kq çətənə yetişdirdi - Foto

  • 12.08.2021, 10:00,
  • Kriminal
  • Baxılıb: 35
İstixanasında 14 kq çətənə yetişdirdi - Foto

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in mətbuat xidmətdən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, baş tutan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Ləkçıplaq kənd sakini Sənan İbrahimov saxlanılıb.

Ona məxsus torpaq sahəsində yerləşən istixanaya baxış keçirilən zaman pomidor şitillərinin arasında xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, ümumi çəkisi 14 kiloqrama yaxın 17 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
İstixanasında 14 kq çətənə yetişdirdi - Foto

Faktla bağlı araşdırma aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter