“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

  • 08.08.2021, 09:40,
  • Kriminal
  • Baxılıb: 39
“Patı” ilə tutuldu, başqa cinayətinin üstü açıldı

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü açılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN-dən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Kolanı kənd sakini, əvvəllər məhkum olunmuş Rəşad Novruzov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı “patı” adlanan narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Novruzovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun yaşadığı kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə soyğunçuluq məqsədilə qanunsuz daxil olmaq istədiyi də müəyyən edilib.

Rəşad Novruzov barəsində Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter