Xaçmazda narkotik satan şəxs saxlanıldı

  • 17.07.2021, 16:00,
  • Kriminal
  • Baxılıb: 33
Xaçmazda narkotik satan şəxs saxlanıldı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Niyazoba kəndinin sakini Sarxan Ərzimanov saxlanılıb.

DİN-dən "Qanunyolu.info.az", "Qafqazinfo"ya verilən məlumata istinadən, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı Niyazoba kəndindəki özünəməxsus evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 74 ədəd yaş, 2 ədəd quru vəziyyətdə çətənə bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq Sarxan Ərzimanovun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 8 kiloqramdan artıq olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter