Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi
- 09.07.2021, 12:00,
- Kriminal
Baxılıb: 32
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.“Qanunyolu.info.az”-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.
Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
Sahib Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib. Onun bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Rahib Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.
****
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb.
"Qanunyolu.info.az" xəbər verir ki, Mətbuat Xidmətindan verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
