Nizami rayonunun mühafizə polisi oğrunu cinayət başında tutdu

  • 25.05.2021, 12:00,
  • Kriminal
  • Baxılıb: 29
Nizami rayonunun mühafizə polisi oğrunu cinayət başında tutdu

Bakıda marketdən oğurluq etmək istəyən şəxs saxlanılıb.

“Qanunyolu.info.az” xəbər verir ki, mayın 25-i gecə saat 02 radələrində Nizami rayonunda “Efendi” marketdən oğurluğa cəhd hadisəsi baş verib.

Qorunan obyektdən polisə həyəcan siqnalı daxil olub. Nizami Rayon Mühafizə Polisi İdarəsinin əməkdaşları – serjant Əsgərov Məhəmməd və Mahmarzayev Ruslan tərəfindən həmin şəxs cinayət başında tutulub. Onun əvvəllər narkotik vasitələrin daşınmasına görə iki dəfə məhkumluq həyatı yaşamış 1968-ci il təvəllüdlü Rəcəbov İlqar Nadir oğlu olduğu müəyyən edilib.

İlqar Rəcəbov əlindəki “montrovka” ilə çöl qapını və içəri qapını sındıraraq marketə daxil olub. Oradan oğurladıqlarını torbaya yığarkən tutulub. O, Nizami RMPİ əməkdaşları tərəfindən 24-cü Polis Şöbəsinə təhvil verilib.

Araşdırma davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter