Bir nəfəri öldürüb, digərini bıçaqlayan şahmat müəllimi hakim qarşısında

  • 28.04.2021, 11:30,
  • Kriminal
  • Baxılıb: 19
Bir nəfəri öldürüb, digərini bıçaqlayan şahmat müəllimi hakim qarşısında

Bakıda ötən il oktyabr ayında iki nəfəri bıçaqlayaraq onlardan birini öldürən şahmat müəllimi Tofiq Əlixanovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qanunyolu.info.az” xəbər verir ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 320 saylı tam orta məktəbin şahmat müəllimi olan 1983-cü il təvəllüdlü Tofiq Əlixanov Vətən Müharibəsi zamanı komendant saatından sonra həmyerliləri Məqatil Zeynalov və Murad Bəhrəmovu “razborka”ya çağırıb.

Tofiq Əlixanov gecə saat 02 radələrində görüşə gələn 40 yaşlı Məqatil Zeynalov və 22 yaşlı Murad Bəhrəmovu bıçaqlayıb. Hadisədən sonra Məqatil Zeynalovun meyiti qəsəbədə küçədən tapılıb. Murad Bəhramov isə ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Tofiq Zeynalov isə avtomobili ilə hadisə yerindən qaçıb. Daha sonra o saxlanılıb. Onun əvvəllər hakimiyyət nümayəndələrinə müqavimət göstərdiyinə görə məhkum olunduğu da məlum olub.

Bundan sonra həbs edilən Tofiq Zeynalov məktəbdəki işindən də çıxarılıb. O, 2007-ci ildən müəllim kimi işləyirmiş.

Onun cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter