Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq

Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq

Prezident İlham Əliyev 6 iyun 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Azərbaycanda bələdiyyələr cəlb edilməklə kənd yerləri üzrə qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaf planları hazırlanacaq.

İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə inkişaf planlarına dair metodiki göstərişin 3 ay müddətində hazırlanmasını və yerli icra hakimiyyəti orqanlarına göndərilməsini, habelə ehtiyac olduqda, bununla bağlı təşkilati dəstəyi təmin etməlidir.

İnkişaf planlarının hazırlanması və təsdiq olunması şəhər inzibati ərazi vahidlərinə münasibətdə 2021-ci ildən, digər inzibati ərazi vahidlərinə münasibətdə isə 2022-ci ildən etibarən həyata keçiriləcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter